BAKÜDE ENGELLİLER GÜNÜ KUTLANDI

3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı hərbi hissədə tədbir "Beyn

3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı hərbi hissədə tədbir

Beynəlxalq Əlillər Cəmiyyəti İB və Müdafiə Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə

29 noyabr 2018-ci il tarixində Agdam rayonu N saylı hərbi hissədə 3 Dekabr - Beynəlxalq

Əlillər Gününə həsr olunmuş tədbir keçirildi.

Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ruhu bir dəqiqəlik sükutla

yad edildi və Azərbaycanın himni səsləndirildi.

N saylı hərbi hissənin komandiri tədbir iştirakçılarını salamladı, qonaqların gəlişinin

məqsədini açıqladı və sözü Beynəlxalq Əlillər Cəmiyyəti İB-in sədri Tahir Xudiyevə verdi.

Tahir Xudiyev çıxışında bildirdi ki, 3 Dekabr BMT tərəfindən elan olunmuş Beynəlxalq

Əlilliyi olan insanların günüdür. Bu gün bayram etmək üçün deyil, bütün dünya ictimaiyyətinin

diqqətini əlilliyi olan şəxslərin problemlərinin həllinə və hüquqlarının müdafiəsinə cəlb etmək

məqsədi daşıyır. O, ictimai birliyin bu gün münasibəti ilə əvvəllər müxtəlif yerlərdə tədbirlər

keçirdiyini, bu il isə hərbi hissədə əsgərlərimiz qarşısında ictimai birliyin Mədəniyyət şöbəsinin

üzvlərinin iştirakı ilə konsert proqramı ilə çıxış etməklə öz töhfələrini vermək istədiklərini

söylədi.

Tahir Xudiyev onu da qeyd etdi ki, İB-in vaxtı ilə Azərbaycan Ordusunda və hüquq-

muhafizə orqanlarında hərbi təlim görmüş 50-yə yaxın üzvlərinin aprel döyüşlərində Müdafiə

Nazirliyinə etdikləri müraciət bu gün də qüvvədədir. Belə ki, sağlamlıq imkanlarının məhdud

olmasına baxmayaraq onlar, lazım gələrsə vətənin madafiəsində Ali Baş Komandanın əmr və

göstərişlərini hər an yerinə yetirməyə hazırdırlar.

Sonra Müdafiə Nazirliyinın əməkdaşı, dövlət qulluqçusu Zümrüd Səmədova çıxış edərək

bildirdi ki, əlilliyi olan insanlar arasında Qarabağ müharibəsində sağlamlığını itirərək əlil olan

insanlar da var. Onlar daima dövlət qayğısı ilə əhatə olunub. Bu gün bu tədbirdə iştirak edən

Beynəlxalq Əlillər Cəmiyyəti İB-in üzvləri arasında da Qarabağ müharibəsi əlilləri və

veteranları da var.

SSRİ Dövlət Təhlükəsizlik Orqanlarının Fəxri Əməkdaşı, Əfqanıstan və Qarabağ

müharibələri veteranı, MDB-nin Döyüş əməliyyatları veteranı, Nərimanov rayon MƏSQVT-nın

sədri, istefada olan polkovnik, Beynəlxalq Əlillər Cəmiyyəti İB-in Hərbi işlər üzrə Baş

müşaviri və Ağsaqqallar Şurasının sədri Elşad Sabanov əsgərlərimiz və gənc zabitlər qarşısında

hərbi vətənpərvərlik mövzusunda çıxış etdi, onları qələbə əzmi ilə vətənə xidmət etməyə çağırdı

və həmin geçə yenicə yazdığı vətənpərvərlik ruhlu şerini də söylədi.

Elşad Şabanov həmçinin əsgərlər və zabitlərlə səmimi görüşlər keçirərək özünün döyüşçü

kimi keçdiyi həyat yolundan da danışdı və əsgərləri hərbi elmlərə dərindən yiyələnməyə,

düşmənə qarşı amansız olmağa, vətəni göz-bəbəyi kimi qorumağa və özlərini mənəvi və

psixoloji cəhətdən lazım gələcək qarşıdakı döyüşlərə hazır olmağa çağırdı və əlavə etdi ki,

hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin səy göstərdiyi danışıqlar sülh yolu

ilə həll olunmazsa, yaşımıza baxmayaraq biz veteranlar da Azərbaycan Silahlı Qüvvələri ilə

birlikdə vətən uğrunda qəti və müqəddəs döyüşlərə hazırıq və Ali Baş Komandanın

torpaqlarımızın azad olunması üçün əmrini səbirsizliklə gözləyənlərdən biri də mən Elşad

Şabanovam.

Beynəlxalq Əlillər Cəmiyyəti İB-in əməkdaşı, Qarabağ müharibəsi və Silahlı Qüvvələr

veteranı, tibb xidməti polkovniki İlham Sadıqov da çıxış edərək əsgərləri, hərbi hissənin zabit

heyətini salamladı, onlara hərbi xidmətlərində uğurlar arzuladı.

Müdafiə Nazirliyi, Beynəlxalq Əlillər Cəmiyyəti İB və hərbi hissənin şəxsi heyətinin

iştirakı ilə keçirilən tədbir konsert proqramı ilə davam etdi. Konsertdə Azərbaycan Dövlət

Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kafedra müdiri, dosent, xalq artisti Teyyub

Aslanov, muğam ifaçısı, AzTV-nin solisti Malik Həsənov, Beynəlxalq Əlillər Cəmiyyəti İB

İdarə Heyəti üzvü, aktyor, 2-ci qrup əlil Riad Sultanov, İB-in Mədəniyyət şöbəsinin uşaqlardan

ibarət rəqs qrupunun üzvlərinin ifa etdikləri rəqslər, İB-in digər istedadlı üzvləri - 2-ci qrup əlil

Cavid Gözəlovun gitaranın müşayəti ilə ifa etdiyi Cənab leytenant, 1-ci qrup gözdən əlil

Müslüm Müslümzadənin ifa etdiyi Dilkəş təsnifi, 1-ci qrup gözdən əlil Allahverdi

Əhmədovun özünün yazdığı Agdamım seiri, müğənni və xoreoqraf Kamil Ağayev, konsertin

ən kişik və istedadlı müğənnisi Röya Əhmədovanın ifaları əsgərlərimiz tərəfindən alqışlarla

qarşılandı.

Beynəlxalq Əlillər Cəmiyyəti İB-in dəvəti ilə tədbirə qatılan Azərbaycan Dövlət

Mədəniyyət və İncəsənət Universitetinin müəllim və tələbələri - Nurlana Kərimli, Əmrah

Məcdunov, Rəvanə Vəliyeva, Anar Əhmədov, Şəmşəd Məmmədov, musiqiçilər Vüsal

Qasımov, Kamal Abdullayev, Seymur Abdullayevin ifasında səslənən şən mahnılar da

əsgərlərimizdə ruh yüksəkliyi yaratdı.

Azərbaycan və dünya ədəbiyyatına, mədəniyyətinə, tarixinə aid Azərbaycan

Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə çap olunmuş 200 ədəd kitab AMEA

Mərkəzi Elmi Kitabxananın direktoru, Beynəlxalq Əlillər Cəmiyyəti İB İdarə Heyəti üzvü

Leyla İmanovanın təşəbbüsü ilə və Beynəlxalq Əlillər Cəmiyyəti İB tərəfindən isə

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının nəşri olan

170 ədəd Vətəndaş Cəmiyyəti jurnalı hərbi hissənin kitabxanasına hədiyyə edildi.

Hərbi hissədə vətənpərvərlik ruhunda keçirilən tədbirin yüksək səviyyədə təşkilinə görə

Beynəlxalq Əlillər Cəmiyyəti İB-in sədri Tahir Xudiyev Fəxri Fərmanla təltif olundu.

Müdafiə Nazirliyinin əməkdaşları - dövlət qulluqçuları Murad Müslümov və Sairə

Rəsulova, İB-in Qarabağ regionu üzrə nümayəndəliyinin rəhbəri, Qarabağ veteranı Həsənağa

Bayramov, Mərkəzi Elmi Kitabxananın əməkdaşları - direktor müavini Ruzi Məmmədov,

Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, Layihələrin icrasına

nəzarət bölməsinin rəhbəri Habil Əliyev, ADMİU-nun dekanı, fəlsəfə doktoru, dosent Nərmin

Qaralaova, AzTV-nin Qarabağ bölgəsi üzrə müxbiri Allahverdi Əsədov və operatoru Fərid

Əsədov da tədbirdə iştirak edirdilər.

Onu da qeyd edək ki, bundan əvvəl Beynəlxalq Əlillər Cəmiyyəti İB və Müdafiə

Nazirliyinin birgə təşkilatçılığı ilə Tərtər rayonu N saylı hərbi hissədə də tədbir keçirilmişdi.

Keçirilən bu tədbirlər zamanı əsgərlərimiz sanki ailə üzvləri ilə görüşdüklərini bildirirlər.

Əsgərlərimizlə birbaşa canlı görüşlər isə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə

müsbət təsir göstərir.

Məlahət Abdullayeva

Əlillər Dünyası qəzetindən

30 noyabr 2018-ci il