Azəri şair Əyyub Məmmədov- "Düşmən torpağımda badə qaldırır"

Azəri şair Əyyub Məmmədov- 'Düşmən torpağımda badə qaldırır' Yaşım çatmadı görəm mən sizi Gəzdim ölkəmi mən qarış-qarış Görmədim Zəngilan, Laçın, Şuşanı Bir də Cəbrayılı, o Qubadlını Hələ Kəlbəcərtək gözəl məkanı Yaşım çatmadı görəm mən sizi Bir gəzib dolanam hər tərəfinizi Ne

Azəri şair Əyyub Məmmədov- “Düşmən torpağımda badə qaldırır”

 

Yaşım çatmadı görəm mən sizi

 

Gəzdim ölkəmi mən qarış-qarış

Görmədim Zəngilan, Laçın, Şuşanı

Bir də Cəbrayılı, o Qubadlını

Hələ Kəlbəcərtək gözəl məkanı

 

Yaşım çatmadı görəm mən sizi

Bir gəzib dolanam hər tərəfinizi

Necə qurban getdiz yağı düşmənə?

Heç kimsə bilmədi aqibətinizi

 

Yurddan ayrı düşdüz tarimar olduz

Gözlərdə durub, bədgüman olduz

Günah kimdədir, necə oldu ki,

Qoruya bilmədik tamam yox olduz

 

Gərək deyil şuşalı, laçınlı olam

Təəssüb çəkən vətən oğluyam

Keçdikcə illər hey aram-aram

Qorxuram sizə heç qovuşmaram

 

Düşmən torpağımda gəzib əylənir

Badələr qaldırıb, yallı da gedir

De necə dözüm, mən bu halətə?

Göz dağı verir mənə heyvərə

 

Düyünlər açılsın, simlər qırılsın

Sülh sazişləri bir yana qalsın

Hər gün sinəmə od qoyan düşmən

Silahın gücündən yanıb dağılsın