"And yerimiz - şəhidlər" kitabının Xaçmazda təqdimatı keçirildi

“And yerimiz - şəhidlər” kitabının Xaçmazda təqdimatı keçirildi
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB) Azərbaycan Respublikasının
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirdiyi layihə
zamanı vaxtı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşamış, Vətənimizin azadlığı uğrunda
ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş igidlərimiz barədə yerli icra hakimiyyətlərindən
alınmış statistik məlumatlar əsasında “And yerimiz-şəhidlər” (II hissə) adlı kitab nəşr etdirib.
Layihə çərçivəsində oktyabr ayının 6-da Xaçmaz şəhəri 5 nömrəli tam orta məktəbində
şəhid ailələri, məktəbin müəllim və şagird heyyətinin iştirakı ilə “And yerimiz-şəhidlər”
kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sədri
Tahir Xudiyev Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad
etməyi təklif etdi. Sonra yerli icra hakimiyyətlərindən alınmış statistik rəqəmlər əsasında nəşr
olunmuş “And yerimiz-şəhidlər” kitabında Xaçmaz rayonunun igid oğullarının vətən
müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açaraq hər biri haqqında bir ayrıca kitab
yazmağa, filmlər çəkilməyə layiq olduqlarını xüsusi qeyd etdi. Bundan başqa Tahir Xudiyev
söylədi ki, sizin həmyerliniz, “And yerimiz şəhidlər” adlı kitaba ön söz yazan ədliyyə general-
mayoru Hüseyn Əlixanovun həm birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən
müharibəsində iştirak edərək şəhid olan doğmaları, əzizləri var. Hüseyn müəllim bu tədbirdə
də böyük məmnuniyyətlə iştirak etmək arzusundaydı. Lakin səhhətində yaranan problemlə
əlaqədar iştirak edə bilməməsindən təəssüfləndi və salamlarını sizlərə çatdırmağı xahiş etdi.
BƏC İB-in dəvəti ilə tədbirdə iştirak edən Müdafiə Nazirliyi Şəhid Ailələri və Hərbi
Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova xaçmazlı şəhid analarına
üz tutaraq Vətənimizin yağılardan, düşmənlərdən qorunması sərhədlərimizin bütövləşdirilməsi
uğrunda layiqli övladlar yetirdiyinə görə Müdafiə Nazirliyi adından da təşəkkürlərini bildirdi və
şəhid ailələrinin şəsxi problemlərinin həllinə dəstək məqsədi ilə qeydlər götürdü.
Şəhid Sərxan Mirzəmədovun anası Bibixanım müəllimə şəhid anaları adından
möhtərəm Prezidentimizin daima şəhid ailələrinə diqqət və qayğı göstərməsindən söz açdı,
bu kitabın ailələrə mənəvi-psixoloji cəhətdən təsəlli olduğunu bildirdi.
BƏC İB-in İdarə Heyəti üzvü, AzTV-nin redaktoru, əməkdar jurnalist Zərnişan Azayeva
“And yerimiz-şəhidlər” kitabının təqdimatının məhz məktəbdə keçirilməsinin şagirdlərə vətən
uğrunda can verən şəhidlərimizin həyat və qəhrəmanlığının vətənpərvərlik baxımından örnək
yeri olduğunu vurğuladı.
Xaçmaz Rayonu İcra Hakimiyyətinin Baş məsləhçisi, müharibə veteranı Tariyel Didarov
“And yerimiz-şəhidlər” kitabının Şimal bölgəsi üzrə Quba, Xaçmaz, Qusar şəhidlərinin
adlarının, ünvanlarının bir kitabda əbədiləşməsini yüksək qiymətləndirdi.
Xaçmaz rayon ağsaqqalı, şair Məmməd Qədir Vətənə, şəhidlərə həsr olunan şeirlərini
oxudu və “And yerimiz- şəhidlər” kitabını araya-ərsəyə gətirən BƏC İB-ə təşəkkürünü bildirdi.
BƏC İB-in İdarə Heyəti üzvü Məlahət Abdullayeva şəhid analarına üz tutaraq önların
övladlarının laynız ailələri üçün deyil, bütün Azərbaycan xalqı üçün qürur yeri olmasından,
bütün dünyanın onların qəhrəmanlığına, hünərinə heyran olmasından danışdı və belə layiqli
övladlar yetişdirən ailələrə təşkilat adından təşəkkürünü bildirdi.

Şəhid Hüseynli İlqarın anası Səməngül xanım yaxınlaşaraq göz yaşları ilə - bu gün
İlqarın 47 yaşı tamam olur, bu kitab onun doğum günündə mənə ən əziz bir hədiyyədir-
deyərək kitabı bağrına basdı.
Təşkilatın sədri kitabları ailələrə, məktəbin kitabxanasına təqdim etdi.
Sonda şəhid ailələri, eləcə də şagirdlərlə xatirə şəkli çəkildi.
Onu da xüsusi olaraq diqqətə yetirmək istərdik ki, tədbirdən bir gün əvvəl Xaçmaza
gedən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB layihəyədən kənar olaraq, heç bir yerdən maddi
dəstək almadan, həmin vaxt Xaçmaz rayonunda yaşamış 19-20 sentyabrda respublikamızda
keçirilən lokal xarakterli antiterror əməliyyatında şəhid olan qəhrəmanların ailələri ilə görüşdə
olan korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, Vətən
Müharibəsi Qəhrəmanı, polkovnik Telman Hüseynov, MN-nın şöbə müdiri Zümrüd
Səmədova, hərbi heyyətləri ilə birlikdə şəhidləri anma mərasimində iştirak etdi.
Antiterrordan şəhid olan ailələrin hamısına BƏC İB-in sədri Tahir Xudiyev tərəfindən
müqəddəs Quran kitabı və Məkkə xurması, “And yerimiz-şəhidlər” kitabı da təqdim edildi.
Yerli əhali, eyni zamanda qazilər və şəhid ailələri ilə keçirdiyimiz sorğu zamanı Xaçmaz
Rayonu İcra Başçısı Elnur Rzayev ilə bərabər, Xaçmaz Mərkəzi Xəstəxanası Publik Hüquqi
Şəxsin direktoru, səhiyyə əlaçısı, əməkdar həkim Səyyaf Tağıyevə şəhid ailələri və qazilərə
göstərdikləri xüsusi diqqət və qayğıya görə təşəkkürlərini bildirdilər.
Onu da xüsusi ilə qeyd etmək istərdik ki, baş çəkdiyimiz ailələrdə övladı şəhid olan ata-
analardan eşitdiyimiz – təki Vətən sağ olsun, Azərbaycanımızın torpaqları bütövləşsin-,
kəlamları oldu. Övladları ilə fəxr etdiklərini söylədilər.
Mətbuat xidməti
07.10.2023




“and yerimiz - şəhidlər” kitabının xaçmazda təqdimatı keçirildi