Anfisa Zinyeddin

Anfisa Zinyeddin

NNN

Sənsiz Dunyam !

06 Nisan 2019 - 08:35

Sənsiz Dunyam !

Acilan sabahlarm, arzularim, xəyalarim hər şey sənsiz . Dunya özü

sənsiz.Dunay özü boyda qəm dəryasinda sənsiz.Sənsizliyin yükün

daşiya bilmirəm .Sənsiz dunyam yetim uşaqlar kimi məsun, qəm

yüklü baxişlari ilə, bənəvşə cicəyin duruşu ilə, qarşimda.Alişa

bimmirəm dunyanin bu duruşuna, alişa blmirəm sənsizliyə .

Dunyanin özü ,sözü sənsiz .Harda axtarim səni, harda ?! Soyuq

torpagi ovucuma aliram. Torpagin qoxusunu icimə cəkirəm.Sənin

qoxunu, isti nəfəsini hiss etmək istəyirəm.Bir ovuc torpagami

dondun. Niyə yox olub qəybə cəkildin?!Niyə məni sənsiz qoydun

getdin,Ana?!

İsti nəfəsinə, məsləhətinə ,öyüd- nəsiyətinə , sözünə, söhbətinə

ehtiyacim var.Deyib- gülən gülüşünə, sevgi dolu baxişina ehtiyacim

var.Artiq səni göz yaşimda ,məsum baxisimda tapiram .Səni həzin

gövrək serlərdə, mahnilarda tapiram.Axi sən hec , həzin ,kövrək

notlari sevməzdin. Sən şən, deyib- gülən, şənlənməyi sevən biri

idin.Aglamagimi , qərib duruşumu hec sevməzdin. Əsəbləşəndə

mən danlayardin. Deyərdin sənə gülmük yaraşir, sən aglama ,sən

esəbləşmə.Axi dodagimdaki gülüsü , sevincimi özünlə apardin. İndi

sənsizlikdə sənin sevmdiyin hər seyi edirəm. Bəs niyə məni

danlamirsan.Niyə susursan. Niyə yox olub qəybə cəkildin?!Niyə

məni sənsiz qoydun,getdin,Ana?!

Hər şey səninlə gözəl idi .Dunya bir başqa idi,səninlə.Dunyaya

degişinlə, dunya bpyda, qəm yükünü gətirdin . Sən yoxsan, harda

arayim sən, harda.?! Rəsimlərin ,səni günlərim , o xatirələrim

təsəli mənə .Hər sey seninlə gözəl idi .Sənsiz hər sey gözəliini,

mənasini itirib.Yaz gəlib, həyətimizdə alica agaci cicək acib, qoxusu

ətrafa etir sacib .Hər sey yerində, ama bir sən yoxsan , sən yoxsan .

O, alica agaci o ,cicəklər səni məndən xəbər alir.Susuram.Gunahkar

uşaqlar kimi başimi aşagi saliram .Sevərdin alica agacinin altinda

,xalida bizi başina yigib, samavar cayi icməyi.Mən , yaşima, başima

baxmadan korpə uşaq kimi, dizlərində başimi qouyb,

uzanirdim.Ehmalca saclarimi tumarlayardin.O, tumar ücün o

,şəfqət dolu əlinin istisi ücün darixmişam .O, bir başqa sevgi, bir

başqa tumardi .O sevgi ücün, o tumar ücün, o isti baxiş ücün,

darixmişam. Niyə məni dünyanin ən gözel sevgisinə, şəfqətinə

möhtac etdin.Niyə yox olub ,qəybə cəkildin?!Niyə məni sənsiz

qoydun,getdin,Ana?!

Sən olmayan dunyaya, alişa bilmirəm. Mənə hər şey yad gəlir .Bir

boşlugdayam, sənsiz .Hara baxsamda sən ordasan.Demək ki, sən

mənimləsən, cicmimdə ,qanimda, canimdasan ,eksiimdəsən,sən

mənim sənili günlərimdəsən ,məndə qalan xatirələrimdəsən. Sən

gülüş olub dodagimda, göz yaşi olunb yaniagimasan.Sənsizliyə,

məni yaşamaga alisdiran dünyamdasan. Sən mənim yaşadigim

dunyamdasan.

Son görüşümüzdə, səndən ayrilanda, bir istəyin varmi

dedim.Dedin:- Yox , özündən mugayət ol ,özünü qoru!! Məni bu-

yana yola salib ,özün o - yana getdin.Gedişinidə məndən

gizlətdin.Cunki gedəcəyini bilsəydim, dəli olardim. Bu gedişinə dözə

bilməyəcəyimi cox yaxşi bilirdin. Gedişindədə məni qorudun

,getdin.Mənə bu dunyani verib, özün o dunyaya köc etdin.Niyə

xəbərsiz getdin.?!Niyə yox olub qəybə cəkildin?!Niyə məni sənsiz

qoydun,getdin,Ana?!