Haqq üzülər, amma qırılmaz

Haqq üzülər, amma qırılmaz

Haqq üzülər, amma qırılmaz

;Əlillər Dünyası qəzeti və Beynəlxalq Əlillər Cəmiyyəti İB-ə 2016-2017-ci illərdə

İmişli rayonundan imtiyazlı şəxslər-əlilliyi olan insanlar, anadangəlmə qüsurlu insanlar,

Qarabağ əlilləri, əlilliyi olan məhbus ailəsi tərəfindən şikayət ərizələri daxil olmuşdur.

Həmin müraciətlərə əsasən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə

Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində əməkdaşlarımız dəfələrlə İmişli

rayonunda olmuş, ailələrin problemləri ilə yerindəcə tanış olmuş və onların

problemlərinin həlli ilə bağlı aidiyyti üzrə İmişli Rayon İcra Hakimiyyətinə və digər

dövlət təşkilatlarına rəsmi müraciətlər etmişlər. İcra hakimiyyətində olarkən müraciət

edən vətəndaşlara qarşı məmurların qanuna zidd hərəkətləri ilə qarşılaşdıq, əlilliyi olan

insanların problemləri ilə bağlı məktub təqdim etdikdə qeyri-qanuni hərəkətlərlə

rastlaşdıq. Belə ki, ümumi şöbəyə məktub təqdim etdikdə bizə bildirdilər ki, icra başçısı

tanış olmasa biz məktubları qeydiyyata ala bilmərik. Halbuki məktub qeydiyyata

alındıqdan sonra icra başçısı məktublara baxmalıdır. İcra başçısının müavini ilə görüş

zamanı gəlişimizin səbəbini bildikdə o da sayğısız və etinasız yanaşdı. Biz də məcbur

qalıb məktubları poçtla göndərdik. Bu göstərirdi ki, İmişli Rayon İcra Hakimiyyətində

özbaşınalıq, anarxiya idi. İmişli Rayon İcra Hakimiyyəti əlilliyi olan insanların

problemlərinin həlli ilə məşğul olmaması bir yana, o problemlərlə bağlı möhtərəm

Prezident İlham Əliyev cənablarına və I vitse-prezident Mehriban xanım Əliyevaya,

eləcə də digər aidiyyəti təşkilatlara ünvanlanmış məktublar aidiyyəti üzrə İmişli RİH-ə

yönəlməsinə də məhəl qoyulmurdu, problemin həlli üçün heç bir əməli tədbir

görülmürdü.

İndi söylədiyiniz haqq-ədələt budurmu, Vilyam Hacıyev?! Cavadxanlı kəndinin

sayılıb-seçilən, dindar ailəsi-mərhum Mirqayıl Ağayevin ailəsinə etdiyiniz haqsızlıqları

xatırlayırsız yəqin ki?! Atalar yaxşı deyib, nə əkərsən, onu da biçərsən.

Tahir Xudiyev

Əlillər Dünyası qəzetindən

09.05.2020