Dünyadan gözəl bir insan köçdü

Dünyadan gözəl bir insan köçdü

Həyatda elə yaşamalısan ki, dünyadan köçəndə sənin yoxluğun üçün yansınlar,
göz yaşı axıtsınlar.
Bu gün həqiqətən özümə dost, qardaş bildiyim, hər gün əlaqə saxladığımız
Ədliyyə Nazirliyi Penitensiar Xidməti Mətbuat xidmətinin rəisi Mehman Sadıqov barədə
yazıram. Mehman müəllimlə Penitensiar Xidməti ilə qarşılıqlı əməkdaşlıq etdiyimiz ilk
vaxtlarda tanış olmuşduq. Sonradan bu əməkdaşlıq əbədi dostluğa, qardaşlığa çevrildi.
Hər gün Mehmanla votsap vasitəsi ilə salamlaşırdıq, bir-birimizdən hal-əhval tuturduq.
1 gün öncə yenə Mehmana votsapda yazdım, amma təəssüf ki, cavab almadım.
Fikirləşdim ki, yəqin işi çoxdur. Sosial şəbəkədə Mehman müəllimin şəklini, “Mehman
Sadıqov vəfat edib” yazılarını oxuyanda gözlərimə inana bilmədim. Çox sarsıldım,
həyəcan keçirdim.
Yoxluğuna inana bilmirəm, Mehman müəllim, sən gözəl ziyalı, insan kimi insan,
əsil dost kimi dost, qardaş kimi qardaş, sədaqətli insan idin. Mən yüzlərlə insanın
ölümünü görmüş, mərasimində iştirak etmişəm. Amma sənin ölümün məni çox
yandırdı.
Şəxsən öz adımdan, “Beynəlxalq Əlillər Cəmiyyəti” və “Türk Dünyası Turan
Düşüncə Mərkəzi” İB-in kollektivi adından Mehman Sadıqovun ailəsinə, doğmalarına
başsağlığı verirəm.
İnsan şərəflə yaşamalıdır. Sağlığında da, həyatdan köçəndə də ətrafındakılara
nümunə olmalıdır. Sən sağlığında da, ölümünlə də ətrafındakılara nümunə oldun,
Mehman müəllim.
Allah sənə rəhmət eləsin, qardaş, məkanın cənnət olsun! İşıqlı xatirələrin həmişə
ürəyimizdə yaşayacaq.

Tahir Xudiyev
Əlillər Dünyası qəzetinin Baş Redaktoru
13.03.2023





dünyadan gözəl bir insan köçdü