Cabir Novruz anıldı
Cabir Novruz anıldı 'Beynəlxalq Əlillər Cəmiyyəti' İctimai Birliyi və 'Əlillər Dünyası' qəzeti növbəti dəfə əlilliyi olan və imkansız üzvlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün
Cabir Novruz anıldı
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti növbəti
dəfə əlilliyi olan və imkansız üzvlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün
tədbir keçirmişdir. Belə ki, İB-in 300 nəfərdən çox üzvləri 29 fevral tarixində Heydər
Əliyev Sarayında təşkil olunmuş Azərbaycanın Xalq şairi Cabir Novruzun yaradıcılıq
gecəsinə dəvət olunmuşdular. Tədbirdə unudulmaz şairin müxtəlif illərdə yazdığı
şeirləri və onun sözlərinə bəstələnmiş mahnılar respublikanın tanınmış müğənniləri-
İlqar Muradov, Gülyanaq Məmmədova, Mətanət İsgəndərli, Mübariz Tağıyev və s.
ifasında səslənmişdir.
Yüksək səviyyədə təşkil olunmuş tədbir iştirakçılar tərəfindən çox isti
qarşılanmış, iştirakçılarda xoş təəssürat yaratmışdır. Əsasən də Cabir Novruzun öz
ifasında səsləndirilən “Sağlığında qiymət verin insanlara” şeri bütün zalı təsirləndirmiş
və tədbir gurultulu alqışlarla yekunlaşmışdır.
https://youtu.be/-LCNE1J5O2E
“Əlillər Dünyası” qəzetindən,
01 mart 2016-cı il