"Beynəlxalq Əlillər Cəmiyyəti"ndən psixoloji yardım

“Beynəlxalq Əlillər Cəmiyyətindən psixoloji yardım

Məlumat verildiyi kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti İB (BƏC İB) Azərbaycan
Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili adlı həyata keçirir.
İndiyədək ehtiyacı olan 10-larla insanlara köməklik göstərilib, onların problemləri ilə bağlı
aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, müsbət həlli
istiqamətində işlər görülüb. Eləcə də layihənin psixoloqu İbrahim Əsədli tərəfindən psixoloji
seanslar keçirilib.
İbrahim Əsədli bu dəfə Mənsur İbrahimovu qəbul edərək problemlərini dinləmişdir.
Mənsur İbrahimovun peşə fəaliyyəti əsasən zehni işlə bağlı olduğundan daima ciddi rejimdə
çalışır, bu da psixoloji gərginlik, zehni yorğunluğa səbəb olub. Əsəbləri, yuxusu pozulub.
Psixoloq İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində Mənsur İbrahimovun vəziyyəti xeyli yaxşılaşdı, gərginliyi aradan qalxdı. Həkim müalicə məqsədi ilə bir neçə dərman preparatı da təyin etdi. Mənsur İbrahimova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edildi.

“beynəlxalq əlillər cəmiyyətindən psixoloji yardım