Baküde engelilelr günü

İctimai Birlik "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı tədbir keçirdi 'Beynəlxalq Əlillər Cəmiyyəti' İB (BƏC İB) "Əlillər Dünyası" qəzeti ilə birgə artıq bir neçə ildir ki, "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə əlaqədar tədbirlər həyata keçirir. B

İctimai Birlik "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı

tədbir keçirdi

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB (BƏC İB) "Əlillər Dünyası" qəzeti ilə birgə

artıq bir neçə ildir ki, "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə əlaqədar tədbirlər

həyata keçirir.

Bu il də ənənəvi olaraq İctimai Birlik 30 noyabr tarixində əməkdaşlıq etdiyi

"Xəzər" Universitetində "3 Dekabr-Beynəlxalq Əlillər Günü" ilə bağlı tədbir keçirdi.

Tədbirdən əvvəl “Beynəlxalq Əlillər Cəmiyyəti” İB İdarə Heyətinin hecabat

xarakterli yığıncağı keçirildi. İdarə Heyətinin üzvü Məlahət Abdullayeva İctimai

Birliyin gördüyü işlər barədə məruzə etdi. İctimai Birliyin ümumi fəaliyyəti iştirakçılar

tərəfindən müsbət qəbul edildi.

Hesabat yığıncağından sonra Universitetin "Mərmər zalı"nda "3 Dekabr-

Beynəlxalq Əlillər Günü" ilə bağlı keçirilən tədbiri giriş sözü ilə açan İctimai Birliyin

sədri Tahir Xudiyev bildirdi ki, 3 dekabr– Beynəlxalq Əlillər Günü bayram günü

deyil, aidiyyəti dövlət və qeyri-dövlət təşkilatlarının, bütövlükdə cəmiyyətin diqqətini

bu qəbildən olan insanların mövcud problemlərinin həllinə yönəltməkdən ibarətdir.

Əlilliyi olan şəxslərin ləyaqətinin qorunması, hüquqlarının müdafiəsi və sosial

rifahının yaxşılaşdırılması üçün zəruri olan bütün dəstəyi səfərbər etmək, onların

cəmiyyətə fəal şəkildə inteqrasiyasına nail olmaq lazımdır. İctimai Birlik də fəaliyyət

göstərdiyi zaman ərzində əlilliyi olan insanların sosial problemləri ilə maraqlanmış,

monitorinqlər keçirmiş, aidiyyəti təşkilatlara əlilliyi olan insanların sosial rifahının

yaxşılaşdırılması məqsədi ilə təkliflər irəli sürmüşlər.

Tədbirdə qonaq qismində iştirak edən respublikanın xalq artisti, professor,

dünya şöhrətli tarzən Ramiz Quliyev həmin günə 6 tədbirə dəvət almasına

baxmayaraq, bu tədbirə qatılmaqla əlilliyi olan şəxslərlə birgə olmağa üstünlük

verdiyini söylədi.

BƏC İB İdarə Heyəti üzvü, yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin

üzvü, Prezident mükafatıçısı,  1-ci qrup əlil Rasim Gənzəli, Müdafiə Nazirliyi

Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin müşaviri Zümrüd

Səmədova, İctimai Televiziya və Radio Verilişləri Şirkətinin Şöbə müdiri Kamil

Məhərrəmov çıxış edərək “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in fəaliyyətini yüksək

qiymətləndirmiş və gələcək fəaliyyətində uğurlar arzulamışlar.

BƏC-in Hüquqi işlər üzrə təlimatçısı, ədliyyə müşaviri Fərman Rzayev öz

çıxışında yüksək dövlət vəzifəsində çalışmasına baxmayaraq, vətənimizin

müdafiəsini vacib saydığı üçün ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak

edərək ağır yaralanaraq əlil olmuş insan kimi bu qəbildən olan insanları daha

yaxından başa düşdüyünü, onlara daima diqqət və qayğı göstərilməsinin vacibliyini

vurğuladı.

BƏC İB-in üzvü, müğənni Kamil Ağazadə və İB-in Mədəniyyət şöbəsinin

uşaqlardan ibarət rəqs qrupu, 1 saylı Psixiartiya Xəstəxanasının pasiyentlərindən

ibarət pantomim teatrı, Xalq artisti Mənsum İbrahimovun tələbələri, BƏC İB-in

üzvü, 1-ci qrup gözdən əlil Allahverdi Əhmədov, 1-ci qrup gözdən əlil, şairə Ülkər

Atəş, 2-ci qrup əlil Nərgiz Məmmədova bir-birindən gözəl ifaları ilə tədbirə xüsusi

rəngarənglik gətirdilər.

Tədbirdə Dini Qurumlarla İş üzrə Təşkilat Komitəsinin əməkdaşı Orxan

Masayev, Daxili İşlər Nazirliyinin əməkdaşları, Nizami Rayon Polis İdarəsinin

Rəis müavini Zaur İsayev, Səhiyyə Nazirliyinin əməkdaşı Nurəddin Abdullayev,

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Nərgiz

Əliyeva, ƏN Penitensiar Xidmətinin əməkdaşı Süleyman Salayev, Ailə, Qadın

və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Ramin Fərəcov, AMEA

HİHİ-nun Direktor müavini, professor, BƏC İB İdarə Heyəti üzvü Lalə Əhmədova,

AMEA Həmkarlar İttifaqınin sədr müavini Samirə Hacıyeva, Səhiyyə Nazirliyi 1 saylı

Respublika Psixiatriya Xəstəxanasının nümayəndə heyəti, Malayziya səfirliyinin

səlahiyyətyli nümayəndəsi xanım Azri Hazvani Abdul- Aziz, Qırmızı Xaç Cəmiyyətinin

əməkdaşı Leyla Həsənova,"Loqos" Psixoloji Mərkəzin Baş psixoloqu Elmira

Mirzəyeva, BƏC İB Mətbuat Xidmətinin əməkdaşı, "Həkəri" qəzetinin Baş redaktoru

Rauf İlyasoğlu, ŞAYHM-ın sədri Rövşən Ağamalıyev, "Mina Qurbanlarının Sosial və

İqtisadi Problemlərinin Həllinə Kömək" İB-in Sədri Məmmədhəsən Həsənov,

"Qarabağ Əlilləri və Veteranları" İB-in Sədri, Azərbaycanın ilk snayper qadını

Növrəstə Yusifova, "Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu"nun prezidenti Sərraf Orucov

və bir çox səfirliklər və beynəlxalq təşkilatlar, QHT, KİV və ictimaiyyət nümayəndələri,

şəhid ailələri, əlilliyi olan insanlar iştirak edirdilər.

Bundan əlavə tədbirdə əlilliyi olan insanların əl işlərinin satış-sərgisi nümayiş

olundu.

Qeyd edək ki, əməkdaşlıq etdiyimiz "Xəzər" Universitetinin

Psixologiya Departamentinin koordinatoru, Xəzər Psixoloji Xidmət Mərkəzinin

direktoru Mələk Kərimova tədbirin təşkilində böyük dəstək göstərdi.

Məlahət Abdullayeva

"Əlillər Dünyası" qəzetindən