"Bağırovun adına, Bağırovun imzası ilə"

'Bağırovun adına, Bağırovun imzası ilə' Bu gün 'Xəzər' Universitəsində 'Bağırovun adına, Bağırovun imzası ilə' (Na imya Baqirova, za podpisyu Baqirova) adlı kitabının təqdimat mərasimi keçirildi. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materialları əsasında hazırlanmış kitab görkəmli dövlət xadimi Mir Cəfər Bağırovun anadan olmasının 120 illiyinə həsr edilib. Tarixi faktlara əsəslanan sənədlərlə daha geniş oxucu kütləsinin tanış olması məqsədi ilə

“Bağırovun adına, Bağırovun imzası ilə”

Bu gün “Xəzər” Universitəsində “Bağırovun adına, Bağırovun imzası ilə” (Na imya

Baqirova, za podpisyu Baqirova) adlı kitabının təqdimat mərasimi keçirildi. Azərbaycan

Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin materialları

əsasında hazırlanmış kitab görkəmli dövlət xadimi Mir Cəfər Bağırovun anadan

olmasının 120 illiyinə həsr edilib.

Tarixi faktlara əsəslanan sənədlərlə daha geniş oxucu kütləsinin tanış olması

məqsədi ilə rus dilində nəfis şəkildə nəşr edilən kitabın tərtibatçısı şair Teyyub Qurban,

redaktoru Əməkdar Jurnalist Əlirza Balayevdir.

Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova, Əlirza Balayev, sabiq baş nazir

Rəhim Hüseynov, “Qobustan” jurnalının Baş redaktoru Vaqif Əlixanov, Bəstəkarlar

İttifaqının katibi Sərdar Cəlalov, filologiya üzrə fəlsəfə doktoru İmaməddin Zəkiyev,

“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, Teyyub Qurban və digərləri

çıxış edərək tarixi faktlara söykənən kitabın əhəmiyyətindən danışmışlar.

Tədbirdə Mir Cəfər Bağırov irsinin varisi Məmmədtağı Bağırov, Ekologiya və

Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Ruslan Hüseynov və digər ziyalılar, eləcə də KİV

və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

“Əlillər Dünyası” qəzetindən