1-ci dərəcəli əlil Fikrət Nehrəmli

1-ci dərəcəli əlil Fikrət NehrəmlƏlillər Dünyası; və Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə 1-ci qrup əlilin çox acınacaqlı bir vəziyyətdə olması bə

1-ci dərəcəli əlil Fikrət Nehrəmli

Əlillər Dünyası  və Beynəlxalq Əlillər Cəmiyyət  İB-ə 1-ci qrup əlilin çox acınacaqlı

bir vəziyyətdə olması bərədə məlumat daxil oldu. Biz də onunla əlaqə saxlayıb evlərində olduq.

Binəqədi rayonunda yaşayan 1-ci qrup əlil Fikrət Nehrəmlinin özünün və həyat yoldaşının

səhhətinin, maddi vəziyyətinin həqiqətən də çox acınacaqlı olduğunun şahidi olduq. Ailənin 2

övladı da işsizdir. Mömin insan olan Fikrət Nehrəmli əlilliyi və hazırki durumla bağlı

vəziyyətlərinin çox ağır olmasına baxmayaraq yardımları qəbul etməyi sanki mənliyinə,

qüruruna sığışdırmasa da təkidlə apardığımız ərzaqları qoyub onlardan ayrıldıq.

Məlumdur ki, 1-ci qrup əlilliyi olan insanlar daima dövlətin xüsusi diqqət mərkəzindədir.

Xüsusi qayğıya və daima kənar şəxslərin köməyinə ehtiyacı olan 1-ci qrup əlilliyi olan şəxslər

aidiyyəti dövlət təşkilatlarında qeydiyyata götürülür, edilən yardımlarla təmin olunurlar. Lakin

yalnız respublikamız üçün deyil, bütün dünya üçün ağır olan bir şəraitdə də təəssüf ki, bəzi

məmurlar tərəfindən əlilliyi olan şəxslər arasında ögey-doğmalıq, ayrı-seçkilik salınması kimi

mənfi hallar özünü göstərir, əlilliyi olan insanlara, aztəminatlı ailələrə, xüsusi karantin dövründə

işsiz qalmış şəxslərə dövlət və xeyriyyəçi insanlar tərəfindən göstərilən yardımlar aidiyyəti üzrə

ünvanına çatdırılmır. Öz tanışlarına, yaxınlarına verirlər. Tayfabazlıq, qohumbazlıq baş alıb

gedir. Təəssüf ki, həqiqətən ehtiyacı olan ailələr kənarda qalır.

Onu da qeyd etmək istəyirik ki, əlilliyi olan insanlar bizə müraciət edərək bəzi dövlət

qurumlarına müraciət etdikdə bürokratizmlə qarşılaşdıqlarını, müraciətlərinə səthi

yanaşdıqlarını bildirirlər. 1-ci qrup əlil Nəzirə Xəlilovanın qəyyumluq məsələsini həll etmək

üçün DSMF-nin Nizami rayon şöbəsinə müraciət etdikdə biz də bu vəziyyətlə rastlaşdıq.

Şöbənin rəhbəri özünü elə aparırdı ki, sanki öz evindədir, bura onun şəxsi mülküdür. Sonra 1-ci

qrup əlil kimi özüm həmin rayonun sosial xidmət şöbəsinə müraciət etdikdə gənc bir xanım

əməkdaş mənə kobud şəkildə bildirdi ki, biz ƏƏSMN-nə müraciət etmişik, ordan bildiriblər ki,

karatin dövründə biz vətəndaşların müraciətlərini qəbul etmirik. Təəssüf ki, belə haqsızlıqlar

tez-tez baş verir və təsadüfi vəzifə başında olan adamların belə münasibətləri xalqla dövlət

arasında narazılıq yaradır.

Biz bu barədə Əlillər Dünyası qəzetindən verdiyimiz əvvəlki yazılarımızda da məlumat

vermişdik. İndi də həmin məmurlara üz tutaraq deyirik ki, bəsdir, belə laqeyd, münasibət, əlillər

arasında ayrı-seçkilik salınmasından əl çəkin. Hər bir kəs Azərbaycan vətəndaşıdır, onları

dövlət qayğısından məhrum etməyin.

P.S. Sonda mərhum xalq şairi Qabilin bu misralarını yazmaq istəyirəm:

...Tarın pərdələrini 

Düzənə qurban! 

Yerdəyiş et birini, 

Xaric vurarsan. 

Xaric səslənirik biz 

Səhv düşəndə yerimiz.