Azeri yazar Əyyub Məmmədovun şeirləri

Azeri yazar Əyyub Məmmədovun şeirləri Məzarlar da danışır Məzarlar da zamanla, Dostlaşıb tanış olur. Bəzi daşlar orda da, Fəhləyə məmur olur. Məzar var ki, başında Bir abidə ucalır. Məzar var ki, başında, Adi bir daş dayanır. Məzar var, il boyu Həmişə yada düşür. Məzar var, tarix boyu, Heç ora yolun düşmür. Məzar var, yanı hasar Bir qoruğa bənzəyir Məzar var, kol-kos basır, Kim olduğu bilinmir. O

Azeri yazar Əyyub Məmmədovun şeirləri
02 Aralık 2019 - 05:27
Azeri  yazar  Əyyub Məmmədovun şeirləri

Məzarlar da danışır

Məzarlar da zamanla, 

Dostlaşıb tanış olur.

Bəzi daşlar orda da, 

Fəhləyə məmur olur.

Məzar var ki, başında 

Bir abidə ucalır.

Məzar var ki, başında,

Adi bir daş dayanır.

Məzar var, il boyu 

Həmişə yada düşür. 

Məzar var, tarix boyu, 

Heç ora yolun düşmür.

 

Məzar var, yanı hasar

Bir qoruğa bənzəyir

Məzar var, kol-kos basır,

Kim olduğu bilinmir.

 

 

 

Adama elə gəlir, 

O daşlar da danışır 

Ona yaxın məzarla, 

Öz dərdini paylaşır.

“Şəhriyar”

 

Bir dahi uyuyur qonşu torpaqda 

Adı Şəhriyardı, özü dəryadır. 

Sözü, kəlməsi dürri-yektadır 

Amalı türk olan bir bəxtiyardır.

 

Bir görmək istədi, öz millətini 

Çəkdi daxilində acı zilləti. 

Qəlbi bu eşqlə hey çırpınırdı, 

Gözündə qor kimi şimşək çaxırdı.

 

Yanıb odlanırdı, sözdə, sətirdə 

Bir xalq, dövlət, torpaq üstündə 

Vahid birliklə, ulu vəhdətlə,

Şamtək əriyirdi şeir, qəzəldə.

 

 

Azadlıq məlhəmin çəkib yaraya 

Vətən nisgilinə dərman edirdi 

O taylı-bu taylı doğma elinə, 

Ürəyi qubarlı salam deyirdi. 

 

 

Heydərbaba onsuz qalıb gileyli 

Öz elində olub indi yadelli 

Sarıbaba düşüb xeyli aralı, 

Səsi gəlmir qəlbi olub yaralı.

 

 

Neçə əsər yazılıbdır şəninə 

Mahnı qoşub, söz deyiblər şeirinə 

Adı düşmür cavan, qoca dilindən,

Öyrənirlər daim onu dərindən.

 

 

Gecikirsən, ay ürək



Arzuları bir-bir gerçək etməyə

Vaxt azalıb, gecikirsən, ay ürək.

Bu həyatda əməl qoyub getməyə,

Gecikirsən, bir az tələs, ay ürək.



 

Çoxdandır heç yoxlamırsan özünü

Bəlkə sağlam, bəlkə xəstəsən bilək.

Deyirdin ki, qəm bağlayıb üzünü

Gecikirsən sil dərdini, ay ürək.



 

Hiss edirəm, içində bir boşluq var

Vaxt ötsə də, dola bilmir bu ürək.

Çox sakitsən, bilirəm ki, sözün var

Töküb, boşalt öz içini, ay ürək.



 

Pünhan tutmusan neçə sirrini,

Bilirəm vəfada tayın yox ürək.

Hərçənd bilməsələr bəzən qədrini,

Gecikirsən, üsyan elə, ay ürək.



 

Əvvəlkitək zövq almaqda acizsən

Əl-qolunu itirmiş bir əlilsən.

Son mənzilin uzaq deyil bilirsən

Gecikirsən, aman yoxdur, ay ürək.

 

 

Alov kimi



Bu bahar da payız kimi,

Sarı, qırmızı keçdi..

Yaşıllığı görmədim

Ya da gördüm, hiss etmədim.

Çoxdandı fəsilləri,

Yaman qarışdırmışam

Bircə sən qarışmırsan.

Beynimə qoyduğum kimi,

Yerində dayanmısan.

Dünən küləklə qar,

Yaman çovğun yaratdı

Bütün cismim üşüdü.

Təkcə başımdan başqa

Orda elə qalmısan,

İsti daş kömür kimi

Məni yaman qızdırır,

Xəyalın alov kimi...

 

 

Yarımçıq sevgilər



Məhəbbət yolunda yıxılmaq olar

Yetər ki, qalxmağa bir yolun olsun.

Ayrılıb, yenidən sevmək də olar

Yetər ki, sevməyə bir üzün olsun.



 

Bir ürək nə qədər sevgi daşıyar?

O olar, bu olar, o biri olar

Qəlb boxça deyil, kim gəldi tuta

Axırda cırılıb, partlayıb daşa



 

Demə sevənlərim günahkar idi

Yarı yolda qoyub, tərk etdi məni

De mən qəlbimi açıq qoymuşam,

Hər gələn atını oynadıb getdi.



 

Bir gün geriyə dönüb baxanda

Alnının qırışı çaşdırar səni

Yarımçıq sevgilər bir alov kimi

İçində qaynayıb, yandırar səni.

 

 

 

Dəniz boyda sevgim...

 

Gəlmişəm yenə də dəniz seyrinə,

Qəmli fikirlərlə həsrət ötürüm.

Baxıram dənizin ucqar yerinə

Deyirəm təəssüf mənim sevgimə.

 

 

Bir vaxtlar dənizi birlikdə sevdik

Gəlib kənarında, qışı yay etdik.

İndi bu yerlərə yalnız gəlirəm

Çılğın dalğalarla köks ötürürəm.

 

 

Gələrdik dənizə görüşmək üçün

Qol-boyun olub, sarılmaq üçün.

İndi tək-tək gedirik, düşünmək üçün

Oturub kənarda ağlamaq üçün

 

 

Dəniz boyda sevgim, deyərdin mənə

Mən də can deyib, baxardım sənə

İndi bu sularda üzün görünür,

Böyük ləpələrdə səsin duyulur.

 

 

 

Əyyub Məmmədov - jurnalist, şair

 

 

 

YORUMLAR

  • 0 Yorum