Bugun...
Seçicilər Zaur Darğallını mer postunda görürlər
Tarih: 07-04-2019 08:10:00 Güncelleme: 07-04-2019 08:13:00 + -


Seçicilər Zaur Darğallını mer postunda görürlər Mayın 19-da

facebook-paylas
Tarih: 07-04-2019 08:10
Seçicilər Zaur Darğallını mer postunda görürlər

Seçicilər Zaur Darğallını mer postunda görürlər

Mayın 19-da Gürcüstanda, azərbaycanlıların məskunlaşdığı Marneuli rayonunda növbədən kənar mer seçkiləri keçiriləcək.

Artıq mer uğrunda mübarizəyə hələ ki, 3 azərbaycanlı qoşulub – Hakim “Gürcü Arzusu” partiyasından Zaur Darğallı, “Avropalı Gürcüstan” partiyasından Əhməd İmamquliyev və müstəqil namizəd olaraq Əli Bədirov.

Keçirilən sorğular və aparılan müşahidələr onu göstərir ki, namizədlər arasında mer postuna ən çox şansı olan Zaur Darğallıdır. Namizədlərin təbliğatına rəsmən icazə verilməsə də, internet resurslarında ayrı-ayrı şəxslər tərəfindən təbliğat prosesinə çoxdan başlanılıb. Namizədlərin sosial şəbəklərində onlar haqqında söylənilən fikirlərdən, fəaliyyətlərinə verilən dəyərdən, eyni zamanda Gürcüstanda yaşayan sosial şəbəkələrdə aktiv olanların paylaşımlarından da  açıq-aşkar kimin daha çox səs qazana biləcəyini təxmin etmək olar.

Gürcüsatnın ziyalılarının, ictimai xadimlərinin, media və QHT sektorunun nümayəndələrinin əksəriyyəti bu seçkilərdə Z.Darğallının qeyd-şərtsiz qələbə qazanacağını bildiriblər.

Marneulini Gürcüstan parlamentində təmsil edən deputat Mahir Dərziyev bildirib ki, Z.Darğallı gənc olsa da burada kifayət qədər tanınmış bir şəxsdir. Deputat namizədlər arasında Zaur Darğallının şansını daha yüksək dəyərləndirdi. “Dediyim kimi, gənc olmasına baxmayaraq, talantlıdır, tanınan isimdir. Ən əsası da onu “Gürcü arzusu” kimi bir partiya dəstəkləyir”.

Hakim “Gürcü Arzusu”ndan olan digər azərbaycanlı deputatlar da Z.darğallının fəaliyyətini dəyərləndirib, onu mer postunda olacağına əminliyini vurğulayıblar.

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov da bu seçkilərdə Z.Darğallının namizədliyini müdafiə edəcəklərini bildirib. Sədr qeyd edib ki, Z.Darğallı gənc olmasına baxmayaraq, çox işgüzar və bacarıqlı kadrdır: “O daima soydaşlarımızın yanında olub, onların problemlərinin həll olunmasında bütün imkanlarını səfərbər edib. İnanıram ki, seçicilər Zaur Darğallının fəaliyyətinə yüksək qiymət verib onu özlərinə mer seçəcəklər”.

Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının siyasi katibi İrakli Qaribaşvili isə deyib ki, Zaur Darğallı etnik azərbaycanlıdır və Gürcüstanın layiqli oğullarından biridir.
Onun sözlərinə görə, Z.Darğallı hakim partiyanın komandasında fəal iştirak edir: “O, hazırda Kvemo Kartli qubernatorunun müavinidir. Zaur Darğallının Kvemo Kartli bölgəsində uğurlu fəaliyyətlə bağlı böyük iş təcrübəsi var. İnanırıq ki, onun Marneuli rayonunda da fəaliyyəti uğurlu olacaq”.

Gürcüstanın digər aktiv seçiciləri də bu prosesdə Z.darğallıya səs verəcəklərini qeyd ediblər.

Xatırladaq ki, Zaur Darğallı 1988-ci ildə Marneuli şəhərində anadan olub. İlya Çavçavadze Dövlət Universitetini bitirib. 2007-2009 illərdə bir sıra regional və beynəlxalq media qurumlarında jurnalist kimi fəaliyyət göstərib. Z.Darğallı paralel olaraq 2007-2010-cu illərdə Marneuli Gənclər Mərkəzində bir sıra layihələrin rəhbəri olub.
2010-2012 illərdə Amerika Birləşmiş Ştatlarının Reqional İnkişaf Aqentliyinin Kvemo Kartli bölgəsindəki ofisinin rəhbəri vəzifəsində çalışıb.
2017-ci ildə Z.Darğallı Kvemo Kartli bölgəsinin qubernatoru Qriqol Nemsadzenin müavini təyin olunub. O, bu vəzifəyə təyin olunmamışdan öncə Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə Dövlət nazirinin müşaviri olub.

Müxalif “Avropalı Gürcüstan” Partiyasının namizədi isə Əhməd İmamquliyevdir. 
Ə.İmamquliyev də Marneulidə tanınan simalardan biridir, ancaq bir neçə parlament, mer seçkisində iştirak etsə də qalib gəlməyib. 2017-ci ilin oktyabrında Ə.İmamquliyev bir daha özünü Marneuli mer seçkisində sınayıb və 21,33 faiz səs toplayaraq məğlub olub. 

Üçüncü şəxsin namizədliyi isə Gürcüstanda gənclərdən ibarət təşəbbüs qrupu tərəfindən irəli sürülən Əli Bədirovdur. Təşəbbüs qrupunda azərbaycanlı və gürcü gənclər təmsil olunub. Ə.Bədirov Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının təsisçisi və hüquq elmləri magistridir. O, yerli azərbaycanlıların hüquqi maarifləndirilməsi istiqamətində aktiv fəaliyyət göstərir

Hələ namizədlərin qeydə alınması prosesinə yekun vurulmayıb. Çox güman ki, daha bir neçə nəfər mer olmaq iddiasında olacaq. Ancaq Marneuli seçicilərinin indidən Z.Darğallını mer seçəcəklərinə ümid etmək olar. Bunu da əsalandıran amillərdən biri onun yüksək təşkilatçılıq qabiliyyətinə, bölgədə böyük nüfuz, hörmət və söz sahibi olması göstərilir.

Cavid




Bu haber 638 defa okunmuştur.

Etiketler :

YORUMLAR



Henüz Yorum Eklenmemiştir.Bu Haber'e ilk yorum yapan siz olun.


İLGİNİZİ ÇEKEBİLECEK DİĞER DÜNYA HABERLERİ

Pandemiya dövründə QHT-dən AMEA-ya dəstək "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" ..
TÜRKAZDER Karabağ'daki Sözde Seçimlere Tepki Gösterdi: “Karabağ Azerbaycan’dır!” Azerbaycan'ın işgal altındak..
SERDAR ÜNSAL,”KARABAĞDAKİ SÖZDE SEÇİME SESİZ KALAN AGİT VE BM'Yİ KINIYORUZ ” Türkiye Azerbaycan Dos..
Azerbaycan Cumhuriyeti Dağlık Karabağ Bölgesinin Azerbaycanlı Topluluğunun beyanı Azerbaycan Cumhuriyeti'nin Dağlık K..
Azerbaycan'ın UNA'ya desteği taktirle karşılandı İslam İşbirliği Teşkilatı Ulusal Haber Ajansları Birliği (İ..
Nisan savaşları Azerbaycan ordusunun yenilmez gücünü gösteren ezemetli bir zaferdir Azerbaycan Devlet Haber Ajansı - ..
ÇOK OKUNAN HABERLER
  • BUGÜN
  • BU HAFTA
  • BU AY
 BEYAZ ELDİVENLER PROJESİ DEVAM EDİYOR     BEYAZ ELDİVENLER PROJESİ DEVAM EDİYOR Iğdır Şehit Er Aytekin Ar..
Vekil Şamil Ayrım Iğdır'ın sorunlarını çözüyorVekil Şamil Ayrım Iğdır'ın sorunlarını çözüyor Ak Parti İstanbul Mil..
IĞDIRDA UYUŞTURUCU OPERASYONU IĞDIRDA UYUŞTURUCU OPERASYONU Iğdır Cumhuriyet Başsavcılığı ile İl Emniyet M..
BELEDİYE MÜDÜRÜNÜN KASASINDA AÇIKTAN KAYITSIZ 300 BİN TL PARA BULUNDU❗BELEDİYE MÜDÜRÜNÜN KASASINDA AÇIKTAN KAYITSIZ 300 BİN TL PARA BULUNDU❗ MÜDÜR ..
IĞDIR BELEDİYE BAŞKANI YAŞAR AKKUŞ PKK/KCK ‘YA DESTEKTEN GÖZALTINA ALINDIIĞDIR BELEDİYE BAŞKANI YAŞAR AKKUŞ PKK/KCK ‘YA DESTEKTEN GÖZALTINA ALINDI Iğdı..
ŞEHİT GAZİ SEN AİLESİNDEN MESAJ VAR ŞEHİT GAZİ SEN AİLESİNDEN MESAJ VAR Sevgili Kamu Görevlileri Arkadaşlarımız; Ku..
SON YORUMLANANLAR
  • HABERLER
  • VİDEOLAR